PFL "Sumqayıt" - "Qarabağ" matçının tarixini dəyişdi

Sumqayıt” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Newsport.az -ın məlumatına görə, klub Azərbaycan Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Qarabağ” görüşünün  nəzərdə tutulandan 1 gün sonra – 22 aprel tarixdə keçirilməsini xahiş edib. “Sumqayıt” klubunun müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL aşağıdakı qərarı qəbul edir.

* Azərbaycan Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Qarabağ” oyunu 22 aprel tarixdə keçirilsin. Oyunun başlanma vaxtı saat 19:00 təyin edilsin. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right