Azərbaycan futbolundakı hadisə dünya onluğunda

İki il öncə Azərbaycan Premyer Liqasının VII turunun "İnter" - "Qarabağ" (0:2) matçında maraqlı hadisə baş vermişdi.

Qarşılaşmanın sonlarında baş hakim Elvin Əsgərov paytaxt klubunun qapısına şübhəli penalti təyin etmişdi. Ancaq Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Elvin Məmmədovdan topu kənara vurmağı tələb etmişdi. Məmmədov da onun bu qərarını həyata keçirmişdi. 

Newsport.az saytının məlumatına görə, həmin addım dünya futbolunda fair-pley onluğuna daxil olub. Ən çox izlənilən fair-pley nümunələrindən olan onluğu sizə təqdim edirik. 

 

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right