Samir Abasov: "Bizim komandada 11 nəfərə qarşı 3 müdafiəçi oynadı"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Keşlə" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra sonra jurnalistlərin suallarını cavablandırıb. 

Newsport.az -ın məlumatına görə, 40 yaşlı mütəxəssis öncə oyun barədə danışıb:

- Bu nəticə məni təəccübləndirmədi. Məğlub olduğumuza görə heyfsiləndik. İlk dəfə finala çıxmağa şan qazanmışdıq. Matçı kənardan izləyirdim. Görünən o idi ki, "Keşlə" komandası daha istəkli və əzimkar oyun sərgilədi. Bu da öz bəhrəsini verdi. Qalib gəldilər. Bu onların haqqı idi. İki qarşılaşmaya görə finalı onlar haqq etdi. Nə birinci oyunda nə də ikinci oyunda istədiyimiz oyunu göstərə bilmədik. Birinci görüşü bilmirəm nəyə bağlamaq olar. Bu gün 11-3-ə oynadıq. Bizim komandada 11 nəfərə qarşı 3 müdafiəçi oynadı. Digərləri demək olar ki, meydanda yox idilər. Bilmirəm, futbolçulara nə olmuşdu. Nə olsa da, bu bəhanə olmamalıdır. Ən azından həyatında ilk dəfə finala vəsiqə qazanacaqdın. Ona görə də canını qoymalısan. Dişinlə də olsa çıxartmalısan. Hansı ki, "Keşlə" komandası bunları göstərdi. Futbolçulardan kimlərsə fikirləşsə ki, finala rahat çıxacağıq bu oyun onlara sübut olsun ki, həyatda rahat heç nə olmur.

- Finala vəsiqə qazanmaq niyə alınmadı? Uzun müddətdən sonra həlledici görüşə bu qədər yaxınlaşmışdınız...

- Yenə qeyd etmək istəyirəm ki, bunun heç bir bəhanəsi yoxdur. Komanda üzvləri bu oyuna çıxmalıydı və dişi ilə də olsa nəticə əldə etməli idi. Kimsə bəhanə getirirsə, mən buna haqq qazandırmıram. Bu gün elə gün idi ki, öz ağrılarına, yorğunçuluğuna sinə gərməliydin. Bu oyunda nəticə qazanmalıydıq. Amma oyunun gedişatında hər bir mübarizəni uduzduqca və bununla razılaşdıqca finalda sırf azərbaycanlı komandası yox, "Keşlə" komandası oynayacaq. Bu da onların haqqıdır.

- Fərhad Vəliyevin ehtimad limiti dolub? Çempionat oyunlarında ona şans verəcəksiniz?

- Növbəti qarşılaşmalarda da çıxış edəcək. Sadəcə bundan əvvəlki görüşdə "Keşlə"ni məğlub etmişdik. Həmin oyunda da qapıda Mehdi Cənnətov dayanmışdı. Düşündük ki, onun boyu uzundur və yaxşı çıxışları var. "Keşlə" uzun ötürmələrə önəm verən komandadır. Ötən oyuna görə Mehdini seçdik. Oyunda qapıçının hər hansı bir günahı yox idi. Yənə demək istəyirəm ki, 11 nəfərə qarşı 3 futbolçu oynayırdı.

- Mehdi Cənnətovun oyuna başlaması yaxşı səviyyədə deyil. Topu oyuna daxil edərkən gecikirdi. Bunu nəzərə almışdınız? 

- Mehdi ilə Fərhadda fərq ondadır ki, Fərhad ayaqla daha yaxşı oynayır. Keçən oyun qalib gəldiyimizə görə, qapıçını dəyişmək fikrimiz yox idi. Bu gün ayaqla oynayan qolkiperə ehtiyac duymadıq. Rəqib pressinq tətbiq edirdi. Fikirləşirdik ki, Cavid İmamverdiyev topu yaxşı saxlayır və Mehdi irəli xəttə topu ona çatdırmalıdır. Birinci hissə külək ona mane oldu. Burda qapıçılıq bir şey yoxdur. Futbolçular hər hansı bir bəhanələr gətirirsə, bu gün alınmadı, yorğun idik. Deməli o oyunçu böyük oyunlar üçün deyil.

- Düşünürsünüzmü kubokdan kənarda qalmaq komandaya psixoloji təzyiq göstərə bilər? Çempionatda da bu öz təzahürün biruzə verə bilər.

- İndi elə vəziyyətdəyik ki, qərarı futbolçular verməlidir. Amma bunu sırf onların üstünə atmaq fikrim yoxdur. Mən də komandanın baş məşqçisiyəm. Bundan sonra oynadığımız 5 oyun və turnir cədvəlində qərarlaşdığımız yer futbolçunun həyatını dəyişə bilər. Ən azında bu vaxta kimi "Sumqayıt"dan yazırdılarsa, yenə bu komandadan danışacaqlar. Bu durumdan çıxmalıyıq. Ola bilər ki, psixoloji təsir etsin. Bundan əlavə bizə təsir etməyə çalışırdılar. Futbolçularımızın hərəsin bir yerə calayırdılar. Kubok olmasa da bu hal kimlərdəsə arxayınçılıq yaratdısa futbolçular günahkardırlar. Oyundan öncə onlara dedim ki, biriniz mənə söz versəniz ki, mən gələn il də finalda oynayacam, biz özümüz də ajiotaj yaratmayaq. Birinci oyunu analiz eləmişdik ki, niyə rəqibə uduzduq. Statistikalar baxanda fərq böyük idi. Təəssüflər olsun ki, bu gün də davamı gəldi.

- "Keşlə" kuboku qazana bilərmi?

- Düşünürəm ki, "Qəbələ" ilə mübarizə apara bilərlər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right