"Sevinirik ki, finalı Qəbələdə oynayacağıq" Filip Ozobiç

"Qəbələ"nin legioneri Filip Ozobiç Azərbaycan kubokunun yarımfinal mərhələsində "Neftçi"yə 3:1 hesabıyla qalib gəldikləri cavab  oyunundan sonra Newsport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Xorvat yarımmüdafiəçi öncə rəqib futbolçu İqnaiso Herrerayla insidentinə aydınlıq gətirib, 

 

- Oyundan sonra paltardəyişmə otağına gedərkən "Neftçi"nin çilili yarımmüdafiəçisi İqnasio Herrera ilə aranda insident oldu. Nə baş verdi?

- Elə ciddi şey olmadı.

 

- Məgər sən ispanca bilirsən?

- (gülür) Yox, bilmirəm.

 

- Onda İqnasioya necə cavab verdin?

- Xorvatca. Bilirəm ki, futbolda belə gərginliklər olur. Əlbəttə, heç kim uduzmaq istəməz. Məğlub olanda əsəbiləşirsən. Bu, normaldı, nə deyə bilərsən?

 

- Ümumiyyətlə, insident necə baş verdi?

- Yəqin, onlar düşünürdülər ki, simulyasiya edirdim. Ancaq belə deyildi, ayağımdan zərbə almışdım.

 

- Sizi finala çıxaran oyunu necə dəyərləndirərdiniz? Qəbələdəki məğlubiyyətdən sonra çoxları düşünürdü ki, kubokda mübarizəni dayandıracaqsınız...

- İndi komandamız üçün çətin vaxtdı. Ancaq xarakter göstərdik və finala çıxmağı bacardıq. Fikrimcə, "Neftçi"ylə cavab yarımfinal matçında daha yaxşı idik.

 

- Hesabı rəqib açandan sonra inamınız var idimi ki, geridönüş edə bilərsiniz?

- Bilirdik ki, qol buraxdıq-buraxmadıq, istənilən halda, 2 qol vurmalı idik. Finala çıxmaq istəyirdiksə, bunu reallaşdırmalı idik. 

 

- Final Qəbələdə keçiriləcək, rəqib də "Keşlə"di...

- Sevinirik ki, finalı Qəbələdə oynayacağıq. Əlbəttə, kuboku qazanmaq istəyirik. Ancaq bunadək çempionatda oyunlarımız var.  

 

- "Qəbələ"ylə müqavilən cari mövsümün sonunda bitir. Maraqlıdı, qalacaqsan, yoxsa?

- İndi bu haqda bir şey deyə bilərəm. 

 

- Digər klublardan təkliflər var?

- Sadəcə, indi heç nə deyə bilmərəm.  

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right