"İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq" Araz Abdullayev

Kiprin "Anortosis” klubu dünən millimizin üzvü Araz Abdullayevin ad gününü qeyd edib.

 

Newsport.az xəbər verir ki, 26 yaşı tamam olan yarımmüdafiəçinin doğum günü məşqən öncə qeyd edilib. Abdullayev bu səbəbdən təşəkkür edib və fikirlərini bölüşüb: "Bizim çox yaxşı futbolçulardan təşkil olunmuş əla komandamız var. Çempionatın başa çatmasına 4 oyun qalıb. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq".

 

Qeyd edək ki, Abdullayevin "Anortosis"lə müqaviləsi mövsümün sonunda başa çatır.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right