Final görüşünü buraxacaqlar

Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ" "Neftçi"ni, "Keşlə" Sumqayıt"ı mübarizədən kənarlaşdıraraq finalda bir-birlərinə rəqib oldular.

 

Newsport.az xəbər verir ki, bölgə klubu həlledici görüşə iki itkiylə çıxacaq. Belə ki, "qırmızı-qaralar"ın heyətində Ruslan Qurbanovla Ürfan Abbasov kubokda cari mövsüm 2-ci sarı vərəqə alıblar. Bu səbəbdən də milli üzvləri cəzalı durumu düşüblər və finaldan kənarda qalıblar. "Keşlə"də isə bu vəziyyətlə Fuad Bayramov üzləşib. Dayaq yarımmüdafiəçi həlledici görüşdə komandasına kömək etməyəcək.

 

Qeyd edək ki, kubokun finalı mayın 28-də baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right