U-16 Liqası: Çempion məlum ola bilər

Bu gün U-16 Liqasında 28-ci turun oyunları keçiriləcək. «Turan»ın istirahət edəcəyi həftədə 5 oyunun 4-ü paytaxtda baş tutacaq.

Newsport.az-ın məlumatına görə, mərkəzi oyun sarıdan «korluq çəkən» turda nisbətən maraqlı oyun Binə qəsəbə stadionunda keçiriləcək. Ümumən maraqsız görünən bu tur «Qəbələ»nin çempionluğunu rəsmiləşdirməsi ilə əlamətdar ola bilər. Əgər əyalət təmsilçisi qalib gələrsə və ən yaxın izləyiciləri «Zirə»ylə «Vətən» xal itirərsə...

 

28-ci tur

19 aprel (cümə axşamı)

13:00 «Neftçi» - «Sumqayıt»

(Binə qəsəbə stadionu)

13:00 «Keşlə» - «Neftçi» İK İB

(«İnter Arena», 4-cü meydan)

13:00 «Vətən» - «Səbail»

(«Neftçi Baza»)

14:00 «Kəpəz» - «Qəbələ»

(Gəncə şəhəri, TİM-nin meydanı)

16:00 «Qarabağ» - «Zirə»

(Binə qəsəbə stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Nemət Musayev («Kəpəz»), Şahmar Abbaszadə («Sumqayıt»), Ağamalı İmaməliyev, Fərid Fərmanov (hər ikisi «Neftçi» İK İB), Samir Qasımov, Murad Hüseynov (hər ikisi «Zirə»), Zeynəddin Abdurrahmanov («Qəbələ»).

Bombardirlər: Emil Quluzadə («Vətən») – 18 qol, Fərid Xasıyev («Turan») – 16 qol.

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right