U-15 Liqası: Təxirə salınmış oyun olacaq

Aprelin 19-da “Boulevard Hotel U-15 Liqa”-sının 22-cü turun təxirə salınmış 3 oyunundan biri keçiriləcək. "Qarabağ" "Sərhədçi" OİK-nin meydanında "Kəpəz"i qəbul edəcək. Matç saat 15:00-da başlayacaq.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. Meydan sahiblərindən Elnur Əliyevlə Mirismayıl Rəhimov, qonaqlardan isə Ümid Səmədovla Həsən Seyfullayev U-16 millimizin düşərgəsində olduqları üçün qarşılaşmanı buraxacaqlar.

Xatırladaq ki, U-15 Liqasında 23-cü turdan təxirə salınmış "Səbail" - "Keşlə" və "Vətən" - "Zirə" matçlarının keçirilmə tarixi hələ bəlli deyil. Həftəsonu keçiriləcək 26-cı turun təqvimi isə bu gün məlum olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right