Təmkin Xəlilzadə: "Bizi bugünkü oyundan da çətin bir görüş gözləyir" Müsahibə

“İlk oyundan sonra komandada ruh düşkünlüyü var idi. Ancaq kollektiv olaraq qarşımıza məqsəd qoyduq və bu gün finala vəsiqəni təmin etdik. Meydanda futbolçularda xarakter gördüm. Bu, mənim çox xoşuma gəldi. Bəlkə də çempionatda da bu oyunu sərgiləsəydik, çempion ola bilərdik. Hal-hazırda istədiyimiz kuboku qazanmaqdı, buna da nail olacağımıza ümid edirəm”.

Bu sözləri "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə Newsport.az-ın suallarını cavablandırarkən bildirib: 

-Cavab oyununda sanki, fərqli bir "Qəbələ" gördük. 

-Komanda olaraq hər oyuna ciddi hazılaşırıq. Rəqibimiz də sıradan komanda deyildi. “Neftçi” çox güclü bir klubdur. Onları yaxşı analiz etdik və və bu da sonda öz bəhrəsini verdi.

-Rəqib futbolçu İlkin Qırtımovla aranızda mübahisə yaşandı. Nə baş vedi həmin epizotda?

-İlkinlə çox yarxşı münasibətimiz var. Bu,futboldur meydanda hər şey olur.

-Bir məhsuldar ötürmə verdin. Birində isə ötürmə əvəzinə qapıya zərbə endirdin. Bu, özünü sübut etmək üçün idi?

-Xeyr, belə bir hal yoxdur. Sadəcə, hər oyunun haqqını vermək istəyirəm. Çalışıram ki, komandama daha çox kömək edim.

-Final Qəbələdə olacaq. Artıq, kuboku “Qəbələ”nin qaldıracağını düşünmək olar?

-Xeyr, çünki rahatlanmaq olmaz. Çempionatımızda komandalar hamısı yetəri qədər güclüdürlər və lazım olanda baş ağrısı ola biləcək gücə sahibdirlər. “Keşlə” də çox güclüdür. Bizi bugünki oyundan da çətin bir görüş gözləyir. Qəbələdə olmağı hardasa, üstünlük sayıla bilər, ancaq ciddi hal deyil.

-“Qarabağ”ın kubokda olmaması, sizin üçün əlavə üstünlük sayılırmı?

- Heç vaxt "Qarabağ"ın olmamasını düşünməmişik. Öz oyunumuzu oynayırıq. Finalda istənilən rəqibə qarşı oynamağa hazırıq. Yenə qeyd edirəm ki, bu, kubok oyunudur və komandalar daha fərqli şəkildə hazırlaşır finala. Rəqibdən asılı olmayaraq hər bir komanda çətin rəqibdir burada. Biz öz oyunumuzu oynayırıq.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right