Yui Maksimov: “Qəbələ” ilə finalda üz-üzə gəlmək istəyirəm"

“Oyunda baş vermiş hadisəyə görə üzr istəyirəm. Həmin məqamda futbolçuları sakitləşdirmək istəyirdim. Sezar həmin epziodda rəqibi vursaydı, finalda onsuz qalacaqdıq. “Sumqayıt”ın futbolçuları Sezarı cəzalı duruma salmaq istəyirdilər”.

Newsport.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

Paytaxt təmsilçisi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Sumqayıt”ın qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb və bu nəticə “Keşlə”nin finala vəsiqə qazanmasını təmin edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ukraynalı çalışdırıcı fikirlərini bildirib: “Yaxşı oynadıq, buna görə də finaldayıq. Futbolçularımı təşəkkür edirəm”.

- Mövsümün sonunda “Keşlə”dən gedəcəyinizi bildirsəniz də, klub prezidenti bunu təkzib etdi.

- Komanda yaxşı oynayanda məşqçini tərifləyirlər, uduzanda təzyiq edirlər. Bu dəqiqə hər şey qarışıqdı. Ona görə dəqiq fikir bildirməkdə çətinlik çəkirəm. Bu gün bir yerdə, sabah başqa klubda ola bilərəm. Məşqçi işi belədi. Konkret olaraq onu demək istəyirəm ki, müqaviləmin sonuna qədər burdayam.

- Qalmaqal epizodunda aranı sakitləşdirmək istədiyinizi desəniz də, təkrarda belə görünmür.

- Əsas odu ki, hər şey qaydasındadı. Futbolçualrdan və azarkeşlərdən üzr istəyirəm. Belə epzidolarda emosiyalara sahib olmaq olmur.

- Finalda hansı komandaya rəqib olmaq istəyirsiniz?

- Fərqi yoxdur. Amma “Qəbələ” ilə üz-üzə gəlmək istəyirəm, çünki rəqib komandanın baş məşqçisi ilə Ukraynda prinsipial oyunlarımız olub. (Futbol11.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right