TPL-in 24-cü turunu buraxacaq futbolçular dəqiqləşib

Azərbaycan  Premyer Liqasının XXIV turunda 5 futbolçunun iştirak edə bilməyəcəyi dəqiqləşib.

Newsport.az xəbər verir ki, ötən tur 5 oyunçu cəzalı duruma düşüb. “Kəpəz”in futbolçusu İlkin Sadıqov, “Keşlə”nin üzvü Məqsəd İsayev, “Səbail”in müdafiəçisi Tamazi Tsetsxaladze, “Zirə”dən Sadio Tounkara və Yani Urdinov növbəti turda meydana çıxmaq şansını itiriblər. 

Qeyd edək ki, “Zirə”də baş məşqçi Ayxan Abbasov da ehtiyat oyunçular skamyasında oturmaq imkanından məhrum olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right