Samir Abasovdan futbolçulara qadağa

"Sumqayıt" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Keşlə"ni qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, həlledici oyundan öncə Samir Abasov futbolçulara mətbuatla ünsiyyətdə olmağı qadağan edib. Futbolçuları oyuna tam kökləmək istəyən mütəxəssis oyunçulara müsahibə və açıqlama verməmək tapşırığı qoyub

Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" matçı aprelin 18-i, saat 17:00-da baş tutacaq. Cütün ilk matçında Bakı komandası 1:0 hesabıyla qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right