Elxan Abdullayev "Sumqayıt" iddialarına aydınlıq gətirdi

Azərbaycan milli komandasının sabiq məşqçisi və son olaraq "Neftçi"ni çalışdırmış Elxan Abdullayevin “Sumqayıt” klubuna gedəcəyi ilə bağlı şayiələr ortaya atılmışdı. İddialara görə, "Gənclik şəhəri" təmsilçisinin yeni prezidenti Riad Rəfiyev mütəxəssisi komandaya gətirmək istəyir.

Newsport.az-ın məlumatına görə, bu iddialarla bağlı şayiələri Elxan Abdullayev təkzib edib:

"Hazırda təkliflər yoxdur. Bu məlumat mətbuatda yayılıb. Ancaq mənim bu barədə bilgim yoxdur. Belə bir təklif almamışam. Mənə nə klubdan, nə də AFFA-dan təklif gəlməyib".

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right