Samir Abasov cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, bu gün keçirilən iclasda ölkə kubokunun yarımfinal oyunlarında baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Qəbələ” - “Neftçi” matçının 68-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Oyunun 71-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Keşlə” - “Sumqayıt” matçının 80-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

PFL.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right