Ayxan Abbasovun cəzası məlum oldu

AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisi Ayxan Abbasovu cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 23-cü turunda "Neftçi" ilə oyunun 85-ci dəqiqəsində Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanırb, klub 800 manat cərimə olunub.

İntizam Komitəsinin 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən Ayxan Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdi. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib.

PFL





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right