Füzuli Məmmədovdan Ayxan Abbasova dəstək: "Yıxılanı baltalamaq "sevgimizdən" əl çəkək!"

Ölkə Premyer Liqasının son turunda keçirilən "Zirə" - "Neftçi" (0-3) qarşılaşmasından sonra zirəli azarkeşlər baş məşqçi Ayxan Abbasovu istefaya səsləmiş, mütəxəssis isə onlarla sərt dialoqa girmişdi. Nəticədə baş hakim Rəhim Həsənov Abbasovu texniki zonadan kənarlaşdırmışdı. Milli komandamızın keçmiş futbolçusu, hal-hazırda "Səbail"in U-17 komandasında baş məşqçi kimi çalışan Füzuli Məmmədov facebook səhifəsində Ayxan Abbasova dəstək nümayiş etdirib:
 
"Son günlər "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasova qarşı səslənən fikirləri təəssüflə oxuyuram. Yerə vurduğunuz Ayxan Abbasov "Zirə"ni avroliqaya çıxarıb, bu gün onu istefaya səsləyən azarkeşlərə bəlkə də komandaları ilə birgə yaşayacağı ən böyük sevinci bəxş etdi. Bu gün istefaya səslədiyiniz Ayxan Abbasov qurduğu komanda ilə Avroliqada layiqli oyunlar göstərdi. Bu gün haqsızlıq etdiyiniz Ayxan Abbasov "Zirə" ilə qış fasiləsinə qədər bütün rəqiblərə başağrısı olub. Hal-hazırda da Ayxan Abbasovun komandası çempionatın iddialıları arasındadır. Özümüzə, öz dəyərlərimizə hörmətlə yanaşaq, onları qoruyub, dəstək olaq. Yıxılanı baltalamaq "sevgimizdən" əl çəkək!"




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right