“Kəpəz”in Premyer Liqada taleyi necə olacaq?

Azərbaycan futbolunun hazırda əsas problemlərindən biri eyni yerdən maliyyələşmələridir.

Reallıq odur ki, bu gün I Divizionda və Premyer Liqada əksər komandalar eyni yerdən – AFFA-dan və ya SOCAR-dan maliyyələşir. Bu isə bir qədər anormal məqamdır.

Eyni durumda olan komandalar siyasında Azərbaycan futbolunun tarixini özündə əks etdirən komandalardan biri “Kəpəz” də var. Premyer Liqaya dönüşdən sonra Şahin Diniyevin rəhbərliyi altında Avropa Liqasına vəsiqə qazanmış “Kəpəz”də indi durum yaxşı deyil. Yunis Hüseynovun başçılıq etdiyi komanda sona 5 tur qalmış 12 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Kəpəz”in finişdə sonuncu olmayacağını söyləmək isə bir qədər çətindir. Çünki digər rəqiblərin də təqvim oyunları var, “Kəpəz”in isə bütün oyunları qələbə ilə başa vuracaq qədər gücü yoxdur.

Bəs “Kəpəz” elitada sonuncu olsa, reqlamentə uyğun addım atılacaq?

Newsport.az saytının məlumatına görə, “Kəpəz” sonuncu yeri tutsa belə, elitada saxlanılacaq. AFFA “Gəncə futbolsuz qaldı” ictimai qınağından yaxa qurtarmaq, eləcə də maliyyə ayırdığı Gəncə şəhər stadionunun baxımsız qalmaması üçün və futbolun Gəncə kimi tarixi şəhərdən uzaqlaşamaması üçün maliyyə yardımını davam etdirəcək. 

Futbol11.az 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right