“Qəbələ” “Səbail”ə evdə, “Neftçi” “Zirə”yə səfərdə uduzdu

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 23-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, bu gün 3 qarşılaşma baş tutub. "Zirə" "Neftçi"ni minimal hesabla məğlub edib. Lider "Qəbələ" doğma meydanda "Səbail"ə 0:2 hesabıyla uduzub. "Sumqayıt" isə evdə "Keşlə"ni üstələyib - 2:1. 

 

16 aprel

Zirə - Neftçi 1:0
Qol:
Elçin Əsədov, 34-avtoqol.
Hakimlər: Qorxmaz Eldarov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Xalid Quliyev.
Zirə. İdman Kompleksinin stadionu.

 

Sumqayıt - Keşlə 2:1
Qol:
Camal Camalov, 19; Turan Manafov, 61 - Təbriz Xubanov, 71.
Hakimlər: Kərim Kərimov, Müslüm Mövludov, Gülyana Özcan, Yuliya Qurbanova.
Sumqayıt. “Sumqayıt Arena”

 

Qəbələ - Səbail 0:2
Qol:
Aqşin Qurbanlı, 61. Pərviz Qaraxanov, 73.
Hakimlər: Etibar Həsənov, Rəşadət Cəfərov, Habil Əliyev, Vüsal Əliyev.
Qəbələ. Şəhər stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right