"İdman Azərbaycan" dünya çempionatına vəsiqə qazandı FOTOLAR

Həvəskar futbolçuların Bakı Futbol Liqasına yekun vurulub. 10 komandanın mübarizə apardığı yarış 9 ay davam edib.
 

Newsport.az-ın məlumatına görə, 27 turun nəticəsinə əsasən Azərbaycan Televiziyasının “İdman Azərbaycan” komandası hamıdan çox xal toplayaraq çempion adına layiq görülüb. 

“İdman Azərbaycan” may ayının 7-dən 14-dək Moskvada keçiriləcək həvəskarlar arasında dünya çempionatına vəsiqə qazanıb.
 
Dünya çempionatında “İdman Azərbaycan”la yanaşı, İtaliyanın “Latsio”, İspaniyanın “Real Betis”, Almaniyanın “Verder”, Fransadan “Marsel”, Rusiyadan “Zenit” və “Spartak” kimi məşhur komandaların iştirakı gözlənilir.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right