“Sumqayıt” - “Qarabağ” matçının vaxtı açıqlandı “Qarabağ” həmin gün çempion ola bilər

Azərbaycan Premyer Liqasında 24-cü turun oyun cədvəli müəyyənləşib.

Newsport.az xəbər verir ki, turun oyunları iki gün ərzində keçiriləcək. Bütün oyunlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, əgər bu tur “Qarabağ” səfərdə “Sumqayıt”ı məğlub edərsə, 2017/18 mövsümünün qalibi adını vaxtından əvvəl təmin edəcək bu, Ağdam klubunun ardıcıl beşinci, ümumilikdə altıncı çempionluğu olacaq.

Azərbaycan Premyer Liqası, 24-cü tur

21 aprel

Keşlə - Zirə
Bakı. “İnter Arena”, 16:00

Sumqayıt - Qarabağ
Sumqayıt. Şəhər stadionu, 19:00

22 aprel

Səbail - Kəpəz
Bakı. “Bayıl Arena”, 17:00

Neftçi - Qəbələ
Bakı. 8-ci km stadionu, 19:00





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right