Azərbaycan Premyer Liqasının 23-cü turunda neçə azarkeş qeydə alındı?

Azərbaycan Premyer Liqasının 23-cü turunu stadiondan izləmiş azarkeş sayı bəlli olub.

 

 

Newsport.az xəbər verir ki, ən çox azarkeş “Kəpəz” - “Qarabağ” oyununda (0:1) qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilmiş matçı 8000 tamaşaçı izləyib.

 

Ən az azarkeş isə Qəbələ şəhər stadionunda baş tutmuş “Qəbələ” - “Səbail” matçında (1:1) olub - 250 tamaşaçı.

 

Digər oyunlardan Zirə idman kompleksində keçirilmiş “Zirə” - “Neftçi” qarşılaşmasını (0:3) 850, Sumqayıt şəhər stadionunda baş tutmuş “Sumqayıt” - “Keşlə” oyununu (2:1) isə 2500 azarkeş izləyib.

 

Ümumilikdə turun 4 matçını 11600 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 2900 tamaşaçı deməkdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right