Musa Qurbanlının qolları millimizə kifayət etmədi

Bosniya və Herseqovinada təşkil edilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA İnkişaf turnirinə yekun vurulub.

 

Newsport.az xəbər verir ki, Azərbaycan millisi 3-cü – sonuncu görüşünü meydan sahiblərinə qarşı keçirib.

 

Oyun Bosniya və Herseqovina yığmasının 3:2 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində hər iki qolu Musa Qurbanlı vurub.

 

Qeyd edək ki, ilk iki qarşılaşmada Xorvatiya (0:1) və Makedoniyaya (0:2) yenilən U-17 millimiz turniri sonuncu pillədə tamamlayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right