Gəncə fanatları "Qarabağ"ın futbolçusunun başını yardılar FOTO

Azərbaycan Premyer Liqasının XXIII turunda "Kəpəz" öz meydanında "Qarabağ"ı qəbul edir.
 
Newsport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, matçın gedişində xoşagəlməz hal baş verib. Belə ki, görüşün 35-ci dəqiqəsində yerli fanatlar Ağdam klubunun futbolçusu Donald Gerryeyə yad əşyalar atıblar. Fanatlardan biri onun başına daşla vurub. Yerə yıxılan haitili futbolçuya həkim yardım göstərib. Yarımmüdafiəçi oyunu davam etdirə bilib.
Matçın baş hakimi Orxan Məmmədov həmin daşı qarşılaşmanın 4-cü hakimi Rəşad Əhmədova təqdim edib. Güeman ki, bu olay matçın protokolunda qeyd olunacaq və Gəncə klubu cərimələnəcək.
 
Qeyd edək ki, ilk hissədən sonra "Qarabağ" 1:0 hesabıyla öndədir.
 
Mərdan HƏSƏNOV/Gəncə
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right