Millimiz turnirin qalibi oldu

Çinin Haikou şəhərində təşkil olunmuş “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirdə iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası yarışın qalibi olub. 

Newsport.az xəbər verir ki, son oyunda Çexiya yığma komandası ilə qarşılaşan Zeynal Zeynalovun rəhbərlik etdiyi millimiz 8:3 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyev, Ramil Əliyev və Orxan Məmmədovun dubl etdiyi oyunda digər qolları Asif Zeynalov və İlkin Hacıyev vurub.

Qeyd edək ki, rəqib qapılarından 5 top keçirən Ramil Əliyev turnirin ən məhsuldar oyunçusu olub.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right