"Zirə" "Səbail"ə belə qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Zirə” və “Səbail” komandaları yoxlama matçı keçiriblər.
 

Newsport.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan görüşdə Ayxan Abbasovun komandası 3:1 hesablı qələbə qazanıb.

“Zirə”nin heyətində Milan Duriç (15 (pen.)), Mirsahib Abbasov (69) və Vüsal İsgəndərli (75) fərqləniblər. “Səbail”in yeganə qoluna isə 89-cu dəqiqədə Vüqar Nadirov imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right