"Qarabağ"dan Bosniya və Herseqovinaya: "Doğru yoldasan"

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının heyətində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı qolkiper millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında Seneqal yığmasına qarşı matçda şans qazanıb. O, meydana start heyətində çıxıb, sona kimi oynayıb. Qarşılaşma isə qolsuz başa çatıb.

Bununla da, Şehiç ABŞ, Meksika və Bolqarıstan ilə yoldaşlıq görüşlərində olduğu kimi, bu dəfə də, ardıcıl 4-cü qarşılaşmasında qapısını toxunulmaz saxlayıb.

Şehiçin millidəki uğurlu çıxışına "Qarabağ"ın sosial şəbəkə hesabları biganə qalmayıb. Klubun "facebook" səhifəsi Bosniya və Herseqovinanın Şehiçə şans verməklə doğru yolda olduğuna işarə vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right