“Sumqayıt” “Qəbələ” ilə oyuna hazırlaşır

2 günlük istirahəti başa vuran “Sumqayıt” məşqləri bərpa edib.

Newsport.az-ın məlumatına görə, komanda bu gün saat 16:00-da doğma arenada Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb.

Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər. Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlıq prosesinə cəlb olunub. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

Qeyd edək ki, "Qəbələ" - “Sumqayıt” qarşılaşması 2 aprel tarixində Qəbələ Şəhər stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right