"Futbolçularımız yaxşı məşq etdi" - Roman Qriqorçuk

"Bu gün hər futbolçunun qarşısına daha güclü məşq etmək tapşırığı qoyulmuşdu".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” bu gün “Keşlə” ilə keçirdiyi yoxlama görüşündə rəqibi il qolsuz bərabərə (0:0) qalıb.

Matçdan sonra fikirlərini bölüşən ukraynalı mütəxəssis yetirmələrinin yaxşı məşq etdiklərini söyləyib: "Yoxlama oyunu keçirmək imkanından elə istifadə etməliydik ki, bütün vacib məqamlar rəsmi matçdakına yaxın olsun. Futbolçularımız da yaxşı məşq etdi. Oyun, meydanda baş verənlərlə bağlı xüsusi təhlil ediləsi məqam da yoxdu. Prinsipcə, hər şey gözlənilən kimi oldu. Ən vacibi isə odu ki, faydalı oyun keçirdik. Müəyyən mənfi məqamlar da oldu. Futbolçuların göstərdiyimiz düzəlişləri tez etmələrini, bunları 2-3 dəfə təkrarlamamasını istəyirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right