Elvin Yunuszadə Qurban Qurbanovun qərarına bu şəkildə reaksiya verdi FOTO

Qurban Qurbanovun qərarı ilə milli komandamızdan kənarlaşdırılan Elvin Yunuszadə buna reaksiya verib.

Newsport.az saytının məlumatına görə, "Qarabağ"ın futbolçusu uzun mçüddətdi istifadə etdiyi "instagram" hesabında reaksiyasını bildirib. 

O, sosial şəbəkə hesabının "tarix" bölməsinə maraqlı foto qoyub. Həmin fotoda "Mənim hökmümü yalnız Allah verə bilər" - sözləri yazılıb. Ehtimal olunur ki, Yunuszadə bu paylaşımla Qurban Qurbanovun qərarına münasibət bildirib.  

Qeyd edək ki, Elvin Yunuszadə ilə Araz Abdullayev  Belarusla oyuna saatlar qalmış baş məşqçi Qurban Qurbanovun keçirdiyi iclasa gecikib. Onlar yuxudan gec oyandıqları üçün iclasa bir neçə dəqiqə gecikiblər. Qurban Qurbanov bu hərəkətə görə Araz Abdullayevi bağışlayıb, Elvin Yunuszadəni isə millidən uzaqlaşdırıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right