Qurban Qurbanovdan “Qarabağ”ın futbolçusuna cəza

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Qurban Qurbanov Elvin Yunuszadəni düşərgədən kənarlaşdırıb. Buna səbəb “Qarabağ”ın futbolçusunun nizam-intizam qaydalarını pozması olub.

Yunuszadə ilə yanaşı, Araz Abdullayevin də adı Belarusla yoxlama matçının (0:1) iştirak ərizəsinə salınmamışdı. Oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov bu futbolçulardan birinin Türkiyəyə aparılmayacağını açıqlamışdı.

Millimiz martın 27-də Antalyada Makedoniya ilə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right