Musayev: "Ermənistanla qarşılaşmadan heç kim çəkinməsin"

"Bu, millinin Qurban Qurbanovun rəhbərliyi altında birinci ev oyunu idi.

Fikrimcə, ilk cəhdə pis alınmadı. Baş məşqçi Azərbaycan futbolunda, az da olsa, parlayan futbolçulara şans verdi ki, özünüzü göstərin.

Necə deyərlər, bu meydan, bu da şeytan. Birinci oyun üçün pis demək olmaz. Amma uduzmaq da yaxşı nəticə deyil. Bu nəticəyə baxmayaraq, oyunçular pis təsir bağışlamadılar".

Newsport.az saytının məlumatına görə, bunu "report"a açıqlamasında Peşekar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan və Belarus yığmaları arasındakı yoldaşlıq görüşünü dəyərləndirərkən deyib.

O, milli komandanın heyətində Cavid İmamverdiyevin oyununu xüsusi qeyd edib: "İmamverdiyev nəyə qadirdirsə, hələ onu tam göstərə bilmir. Cavid çox şeyə qadirdir. Mənə elə gəlir ki, o, öz üzərində çalışmır".

PFL prezidenti millinin Millətlər Liqasının final mərhələsində Ermənistanla qarşılaşma ehtimalı barədə verilən sualı siyası məsələ adlandırıb:

"Mən buna qarışa bilmərəm. Həyatda hər şey ola bilər. Bəzən elə insanlar fikirləşirlər ki, Ermənistan yığmasının futbolçularının əksəriyyəti xaricdə çıxış edir. Amma futbolda bir amil də var.

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşəndə hamı rəqiblər haqda danışırdı. Amma azarkeşlər də gördü ki, “Qarabağ”ın futbolçuları oyunları ilə yox, daxildən gələn istək sayəsində yaxşı performans sərgilədilər.

Düşünürəm ki, Ermənistan millisi ilə düşsək belə, bizim futbolçulara azərbaycanlı ruhu əlavə motivasiya verəcək. Ona görə də heç kim çəkinməsin. Biz idmanda, siyasətdə və hərbidə, ümumiyyətlə hər sahədə onlardan yüksəkdəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right