Qurban Qurbanov Arazla Elvini niyə cəzalandırıb?

Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun iki futbolçu - Araz Abdullayev və Elvin Yunuszadəni cəzalandırmasının səbəbləri müəyyənləşib. 

Newsport.az saytının məlumatına görə, hər iki futbolçu oyuna saatlar qalmış baş məşqçi Qurban Qurbanovun keçirdiyi iclasa gecikib. Onlar yuxudan gec oyandıqları üçün iclasa bir neçə dəqiqə gecikiblər. 

Qurban Qurbanov futbolçuların yığmadakı taleyi ilə bağlı yekun qərarı bu gün verəcək. Bu futbolçulardan birinin Makedoniya ilə Antalyada keçiriləcək yoxlama matçına aparmayacağı gözlənilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right