Ruslan Abışov: "Qurban Qurbanovun istədiyi oyunu göstərə bilmirik" Müsahibə

Azərbaycan milli komandası doğma azarkeşlər önündə Belarus yığması ilə qarşılaşıb. (0-1)

Newsport.az saytının məlumatına görə, oyundan sonra millinin müdafiəçisi Ruslan Abışov əməkdaşımızın suallarını cavablandırıb:

- Yoldaşlıq görüşü olsa belə, tarixdə nəticə qalır. Artıq, ardıcıl ikinci oyundur ki, qol vura bilmirik. Nə alımır komanda da?

- Doğma azarkeşlər önündə çıxış edirdik. Çalışdıq ki, qələbə qazanıb azarkeşlərimizi və Azərbaycan xalqını sevindirək. Lakin məğlub olduq.  Biz də istəməzdik ki, bu nəticə alınsın. Məncə, oyun pis başlamamışdıq. Belarus da nəticəyə oynayırdı. Oyunun böyük hissəsində topa nəzarət bizdə idi. Sadəcə, bir epizotda rəqib bizi yaxaladı və bəxtsiz qol buraxdıq. Hər şeydən də əlavə, millidə yeni simalar var və yığma tam olaraq formalaşmayıb.  Baş məşqçinin verdiyi tapşırıqları meydanda tam olaraq göstərə bilmirik. Ancaq zamanla hər şeyin qaydasına düşəcəyinə ümid edirəm.

- Baş məşqçinin tapşırıqlarını tam yerinə yetirməyə nə mane olur?

- Baş məşqçinin istədiyini maksimum dərəcədə yerinə yetirsək, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazana bilərik. Bu oyunlar Millətlər Liqasına hazırlıq xarakteri daşıyır. Qrupdakı rəqiblərimiz bizə qarşı bu tipdə oynayacaqlar. Bu cür oyunlarda təcrübə yığmalıyıq ki, rəsmi görüşlərd səhvlər buraxmayaq.

- Millidə yeni futbolçular var idi. Səncə, özlərini göstərə bildilərmi?

- Milliyə dəvət alan futbolçular özlərini yaxşı cəhətddən göstərdikləri üçün buradadırlar. Onlar haqqında heç bir fikir bildirə bilmərəm. Hər birinə uğurlar arzu edirəm və düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəklər.

- Buraxılan qol haqda fikirin nədir?

- Bayaq da qeyd etdiyim kimi. Bəxtsiz bir qol buraxdıq. İkinci hissədə bir vəziyyət oldu ki, həmin epizodu qola çevirə bilsəydik oyun tam başqa məcrada davam edəcəkdi. Lakin təəsüflər olsun ki, məğlub olduq. Düşünürəm ki, bu oyunlar bizim üçün təcrübədir. Qarşıdakı matçlarda diqqətli olmalıyıq ki, belə səhvlər buraxmayaq.

- Bugünki məğluyyətdən sonra sizdə ruh düşkünlüyü yaranmayıb ki?

- Düzdür, nəticə hər zaman önəmlidir. Lakin mənə elə gəlir ki, rəsmi oyunlarla yoldaşlıq görüşləri arasında həmişə fərq olur. Çünki, futbolçu rəsmi görüşlərə daha məsuliyyətlə yanaşır. 

- Bu oyunla Millətlər Liqasında hansı nəticəni qazana bilərik?

- Hələ sentyabra kimi vaxtımız var. Hər bir futbolçu həm klubunda, həm də millidə ən yaxşı şəkildə hazırlaşmalıdır ki, Millətlər Liqasında yaxşı nəticə qazanaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right