Namiq Ələsgərov: "Bu oyunda uduzmağımız o demək deyil ki,..." Müsahibə

Azərbaycan və Belarus milliləri arasında keçirilən yoldaşlıq oyunundan (0:1) sonra Azərbaycan milli komandasnın futbolçusu Namiq Ələsgərov jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az sizə müsahibəni təqdim edir:

- Oyuna pis başlamamışdıq. Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Rəqib də əlinə düşən fürsəti qola çevirdi. Məncə, qalib gələ bilərdik, amma alınmadı.

- Oynadığınız oyun siz və baş məşqçini razı saldı?

- Ən yaxşı oyunumuz olmasa da, düşünmürəm ki, pis oynadıq. Normal idi. İnanıram ki, yavaş-yavaş oyunumuz alınacaq. Zamana ehtiyac var.

- Azarkeşlər oyunun bəzi epizodlarında milli üzvlərini fitə basıb etiraz edirdilər…

- Hər kəsin şəxsi işidir. Onları başa düşürük. Bizdən qələbə istəyirlər. İstəyirdik ki, hesabı bərabərləşdirək. Təəssüf ki, alınmadı.

- Zamana ehtiyac olduğunu vurğuladın. Ancaq vaxt bizi gözləmir. Millətlər Liqası turnirinə az qalıb.

- Məqsədimiz ora hazırlaşmaqdır. Nəticənin elə böyük önəmi yoxdur. İnanıram ki, həmin turnirə kimi hazır olarıq.

- Millimizin qrupu heç də zəif deyil. Bu oyundan sonra sizə olan inam daha da azaldı. Kosovo yeni komanda olsa da, yaxşı heyəti var. Komandamız bu yarışda nə edə bilər?

- Hər komandadan nəsə gözləmək olar. Çalışacağıq ki, qrupdan çıxaq.

- Belə görünür ki, Makedoniya millimizi böyük hesabla məğlub edəcək….

- Bir oyunla nəsə demək olmaz və inam azalmamalıdır. Bu oyunda uduzmağımız o demək deyil ki, digər görüşü də məğlub olacağıq. Bütün oyunlara əlimizdən gələni etmək üçün çıxırıq.

- Millidə debüt edən futbolçulardan hansını xüsusi fərqləndirərdin?

- Bunu deməyim düzgün olmaz. Hamı yaxşı çıxış etdi.

- Hər iki cinahda oynadın. Hansı mövqeydə daha yaxşı çıxış etdin?

- İstədiyim kimi oyunum alınmadı. Bəzi şeyləri də səhv etdik.

- Millidə Qurban Qurbanovun rəhbərliyi altında ilk dəfə oynadın. Onun başçılığı ilə yığmada əhval-ruhiyyə necədir?

- Hər şey yaxşıdır. Əsas olaraq oyunçuların nizam-intizamına və əxlaqına önəm verir. Oyunda və məqşdə isə əzmkarlıq tələb edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right