Kamran Ağayev: "İllər sonra adam karyerasına baxanda utanır" Müsahibə

Millimiz yoxlama görüşündə Belarusa 0:1 hesabıyla məğlub olub.
 
Newsport.az saytının məlumatına görə, oyunda yığmamızın kapitanı olan Kamran Ağayev matçdan sonra jurnalistlərə müsahibə verib. Təcrübəli qolkiper öncə oyun haqda danışıb:
 
- Oyunu hələ analiz etməmişik. Yaxşı oynadığımızı deyə bilərəm. Rəqibin də elə bir təhlükləi epizodu olmadı. Sadəcə, standart vəziyyətdən istifadə edə bildilər. Özümüz şərait yaratdıq ki, qol vurdular. İkinci hissədə məğlubiyyətlə barışmaq istəmirdik. Onların fasilədən sonra bir epizodları oldu. Başqa yadımda qalmadı. Bizim də şanslarımız oldu. Lakin fürsəti dəyərləndirmədik. Milli Azərbaycan xalqınındır, bura hamı dəvət ala bilər. Özümüzü düzəltməli və üzərimizdə çox çalışmalıyıq. Şərt 90 dəqiqə deyil. Şəxsi həyatında və klubunda da gərək futbolçu kimi özünə baxasan.
 
- Qurban Qurbanov oyundan sonra hansı iradları bildirdi?
- Bu, şəxsi şeylərdi. Yaxşı oynasaq belə, 0:1 uduzmuşuq. Fikrini bildirəcək. Qalib gələndə belə iradlar bildirilir.
 
- İlk hissədə epizodların birində yüngül zədə aldın…
- Zədə deyildi. Mən Portuqaliyadan qayıdanda dizimdən zədəli idim. Çexiyaya da bu durumda yollandım. Şükürlər olsun ki, zədəmi bərpa etmişəm. Oyun epizodunda ayağımı tapdaladılar. İnsanıq, canlı varlığıq ağrı hiss edirik. Ciddi heç nə yoxdu. Allah bizi böyük zədələrdən qorusun.
 
- Antalyada millimizi Makedoniya ilə sınaq matçı gözləyir. Rəqibin heyəti Belarusla müqayisədə daha güclüdür…
- Makedoniya ilə sonuncu oyunda uduzmuşduq. Yoxlama matçı olsa da məsuliyyətli oynamalıyıq. Sıradan görüş kimi yanaşmırıq. Bayrağımız və gerbimizin olduğu formalarla meydana çıxırıqsa, məsuliyyət daşıyırıq. Bunu şablon sözlər kimi demirəm. Mən belə tərbiyə almışam. Makedoniya səviyyə baxımdan bizi üstələyir. Amma meydanda “vurşmaq” lazımdır. “Vurşmaq” deyəndə dava-qırğın nəzərdə tutmuram. Məşqçinin tapşırıqlarını layiqincə yerinə yetirmək lazımdır. İkinci toplanışımızdır. Öz evimizdə uduzmaq yaxşı deyil. Hamı deyir ki, yoxlama oyunudur. Amma yenə də məğlub olmaq istəmirdik. İllər keçəndən sonra adam bir futbolçu kimi karyerasına nəzər salan zaman statistikaya baxanda özündən utanır. Şərt o deyil ki, yoxlama görüşüdür. Var güclə oynamaq lazımdır.
 
- Qurban Qurbanovla öncəki baş məşqçilərdə fərq nədir?
- Bu sualı çox veriblər. Açıqlamaq düzgün olmaz. Mən buna futbol diliylə cavab verməyəcəm. Həyat fəlsəfəsiylə anlatmağa çalışacam: görün, tanrı yer üzündə nə qədər insan yaradıb. Onların nəinki xasiyyətlərini, heç barmaq izlərini belə oxşar yaratmayıb. Təbii ki, fərqli şeylər olacaq. Bu gün Qurban müəllim məndən fərqli şey tələb edir. Mən də onu etmək üçün çalışıram. Robert Prosineçki fərqli tələb edirdi. Onun da dediklərini edirdim. Üzərində çalışırdım. Elə şeylər var ki, onu bacarmıram, ən zəif yerimdir. Qurban müəllim də bunu görür. Elə şey var ki, onun üzərində çalışıb düzəldə bilirəm. Əvvəllər də olub ki, millidən yaxşı oyunçular kənarda qalıb. Mən də bilirəm ki, yaxşı olublar. Əsas odur ki, məşqçinin dediklərini yerinə yetirsinlər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right