"Komandamdan razı qalmadım" - Belarus millisinin baş məşqçisi

“Qələbə bizim üçün çox vacib idi. Çünki uzun müddətdi qələbə qazana bilmirdik”.

Newsport.az saytının məlumatına görə, bu sözləri Belarus millisinin baş məşqçisi İqor Kriuşenko deyib.

Belarus yığması yoldaşlıq oyunları çərçivəsində Bakıda millimizlə üz-üzə gəlib. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Topa nəzarət etmək və hücuma keçmək istəyirdik. Oyunun əvvəlində bunu bacarsaq da, sonradan gücümüz çatmadı. Komandamdan razı deyiləm. Rəqib bizi sıxırdı və onların müdafiəsində boşluqlar əmələ gəlirdi. Biz də bundan istifadə etməyə çalışdıq. Belarus çempionatı başlamadığı üçün futbolçularımızın oyun təcrübəsi olduqca azdı. Bu baxımdan rəqib bizdən üstün idi”.

- Belarusda xokkeyə daha çox investisiya qoyulur. Amma bu yaxınlarda ölkə prezidenti futbolda da nəticə qazanmağın vacib olduğunu dedi. Bu, üzərinizdə əlavə təzyiq yaratmadı?

- Təzyiq yox, daha çox stimuldu. İnkişaf üçün yüksək səviyyəli oyunçular lazımdı. Millidəki problemlər haqda fikirlərimi bildirmişəm. Oyunçuların əksəriyyəti ölkə daxilində çıxış edir. Yeni oyunçuların yetişməsi, futbolumuzun inkişafı üçün vaxta ehtiyac var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right