"Bu qarşılaşma bizim üçün çətin olacaq" İqor Kriuşenko

Millimizlə oyun öncəsi Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko jurnalistlərə açıqlama verib.

 

Newsport.az xəbər verir ki, mütəxəssis yığmamızın baş məşqçisi Qurban Qurbanovla bağlı da söz açıb:

 

"Azərbaycan millisində yeni baş məşqçi təyinatı reallaşıb. Komandaya yeni cəlb olunan futbolçular var. Bu amillər göstərir ki, bu qarşılaşma bizim üçün çətin olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Amma heç birimiz üçün asan oyun olmayacaq. Qurban Qurbanov avrokuboklarda uğurlu nəticələrlə yadda qalan "Qarabağ" klubunun baş məşqçisidi. O, klubda əldə etdiyi uğurlu nailiyyətləri milli komandada da təkrarlaya bilər. Hər halda, o, yığma rəhbərliyialtında artıq bir yoldaşlıq matçı oynamağa müvəffəq olub. Onun təcrübəsini nəzərə almaq lazımdı. Düşünmürəm ki, Qurbanov bu matçda özünü əlavə təzyiq altında hiss edəcək".

 

Kriuşenko Azərbaycan millisini ötən il qarşılaşdıqları Gürcüstan və Ermənistan milliləri ilə müqayisə edib:

 

"Ermənistana məğlub olsaq da, Gürcüstanla heç-heçə etmişdik. Həmin oyunlar ərəfəsinə komandada zədəli futbolçular çix idi. Bəzi yeni futbolçuları izləmək istəyirdim. Ona görə də əsas heyət üzvlərindən istifadə etmirdim. Ona görə də nəticələrimz yaxşı olmamışdı. Azərbaycanla görüşdə istədiyimiz kimi oynamağa çalışacağıq. Ümumi götürdükdə, müqayisə etmək mənim üçün çətin olacaq. Çünki hələ Azərbaycanla görüşməmişik. Qafqz futbolu həmişə sürətli və texnikalı olub. Düşünürəm ki, buna görə 3 komandanın da oyun üslubu oxşardı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right