Millimiz Kosovoya uduzdu Yenilənib

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Newsport.az-ın məlumatına görə, millimizin mübarizə apardığı 5-ci qrupda iki görüş olacaq.

Yığmamız səfərdə Kosovo ilə qarşılaşacaq. Bu, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında komandamızın ilk rəsmi oyunudur. 

Qeyd edək ki, bunadək qrupda keçirdiyi 5 oyunun 4-də məğlub olan və 1-də heç-heçə edən millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qrupun digər oyununda Almaniya İsraili qəbul edəcək. 

AÇ-nin seçmə mərhələsi

5-ci qrup
22 mart


22:00. Kosovo - Azərbaycan 2-0

Qollar: Florent Hasani, 54, Besford Kolqeci, 61
Baş hakim: Donald Robertson (Şotlandiya).
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right