21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Kosovo- Azərbaycan oyunu canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, matç "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, Kosovo- Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.