Qurban Qurbanov: "Bəzi komandaların haqqı yeyilib"

“İlk oyunumuz olacaq”.

Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmamız sabah Bakıda Belarus millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Matçdan öncə keçirilən mətbuat konfransından iştirak edən təcrübəli mütəxəssis öncə fikirlərini bildirib: “Hər bir futbolçu oyuna ciddi hazırlaşıb. Hamı başa düşür ki, bizi qarşıda ciddi oyunlar gözləyir. Hər bir futbolçuya öz fikirlərimizi çatdıracağıq. Futbolçulara ən yaxşı fikrimizi çatdırmaq üçün çalışacağıq”.

- Legioner həyatı yaşayan futbolçuların durumu necədir?

- Futbolçuların durumu pis deyil. Ümumilikdə, komanda yaxşı vəziyyətdədi. Həm Araz, həm də legioner həyatı yaşayan digər futbolçulara şans verməyə çalışacağam.

- Makdeoniya ilə oyunda videotəkrar sistemidən istifadə olunacaq. Buna münasibətiniz necədi?

- Mən bunun tərəfdarıyam. Çünki biz hamımız ədaləti xoşlayırıq. Çox zaman oyunlardan sonra mazakirələr olub. Bəzi komandaların haqqı yeyilib. Bu sistemdə çıxış etmək istəyərəm. Azərbaycan çempionatı, milli komandamız üçün də Var sistemini istəyərik.

- Mahir Mədətovla Ramil Şeydayevi U-21-ə göndərmisiniz. Düşünmək olarmı ki, U-21-in rəsmi oyununa görə əsas yığmanın yoldaşlıq oyununu “qurban” vermisiniz?

- Düşünürəm ki, qurban verməmişik. Düzdü, 21 yaşlıların oyunları da vacibdi. Amma onların sabahkı oyunda oynamaq şansları az idi. Belə addım atdığımıza görə narahat deyiləm. Sabahkı oyunda bir neçə dəyişiklik edəcəyik. Bir sözlə, yeni futbolçuları daha yaxşı tanımağa çalışacağıq.

- Bu ildən həm Millətlər Liqasında, həm də AÇ-nın seçmə mərhələsində mübarizə aparacağıq. Bu turnirlərdən hansı millimiz üçün daha önəmlidi?

- Bunlar tam fərqli turnirlərdi. Hər bir baş məşqçi komandasını istədiyi kimi formalaşdırmağa çalışır. Zəif komanda tanımıram. Zəif saydığımız komandalar indi daha istəklidirlər. Bir hər oyun daha yaxşı vəziyyətdə olmalıyıq. Belə olmasa, bizim üçün turnirin fərqi yoxdu. Təkcə Millətlər Liqsında yox, digər turnirdə də şansımız var. Futbolçular hər oyunun mahiyyətini başa düşməlidirlər. Əgər oyuna hazırlıqsız çıxacağıqsa, bunun heç bir xeyri olmayacaq. Futbolçularımız oyunların mahiyyətini başa düşmək üçün böyüməlidirlər.

- Oyunun Bakı Olimpiya Stadionuna salınmasına münasibətiniz necədi? Azarkeş amilini nəzərə alsaq, Respublika Stadionu daha yaxşı seçim olmazdımı?

- Azarkeş amili çox vacibdi. Əvvəl mən də BOS-da oynamağın tərəfdarı deyildim. Amma ora ilə yaxından tanış olduqdan sonra azarkeş sayı baxımından üstünlük gördük. Ona görə narazılığım qalmadı. Oranın ot örtüyü ideal vəziyyətdədi. Buna görə də bir problem görmürəm. Ola bilər, həm Respublika Stadionunda, həm də BOS-da oynayaq. Futbolçularımızın oranı bəyəndiyini hiss edirəm. Azarkeşlərin, mətbuatın rahatlığını da nəzərə almaq lazımdı. Düşünürəm ki, bu da yoluna qoyular. 

- Həmyerlimiz Ayaz Quliyev Rusiyanın U-21 millisinə dəvət aldı. Ramil Şeydayev kimi, onu Rusiyadan oğurlamaq olar?

- Hər-hansı açıqlama vermək düzgün olmaz. Onu deyə bilərəm ki, bütün futbolçuların oyunlarını izləyirik. Hansısa futbolçunun Azərbaycan millisinə ehtiyacı olsa, onunla danışıq aparmağa hazır olacağıq. Çəkinmək fikrimiz yoxdu.

- Aşağı yaş qruplarında milliləşdirilmiş futbolçuların sayı kifayət qədərdi. Bunu məhdudlaşdırmaq üçün hansı addımlar atılacaq?

- Hər bir komandanın yaxşı oyunçuya ehtiyacı var. Bütün ölkələrdə milliləşmiş futbolçular çıxış edir. Əlbəttə, bizim istəyimiz öz futbolçularımızla irəliləməkdi. Amma biz hələ də peşəkar futbolçu ölkəsi olmamışıq. Düşünməyin ki, başqa ölkədə futbolçu axtarırıqsa, burdakıları unuduruq. Yaxşı futbolçu olsa, onu milliyə dəvət etməyə çalışacağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right