Millimizin Kosovoya qarşı oyunun təyinatları açıqlanıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Kosovaya qarşı keçirəcəyi oyunun hakimləri məlum olub.

 

Newsport.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu millimizin görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi Donald Robertson, köməkçi referilər isə Cordan Stokoe və Şon Karr olacaq. Dördüncü hakim kimi Nikolas Uolş fəaliyyət göstərəcək.

Kosovo ilə qarşılaşma martın 22-də, Mitrovitsa şəhərindəki Adem Yaşari olimpiya stadionunda keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right