Millimizin məşqçisi rəqiblərimizin oyununu izləyəcək

Millimizin baş məşqçisi Qurban Qurbanovun köməkçisi  Elçin Rəhmanov UEFA Millətlər Liqasında yığmamızla eyni qrupda mübarizə aparacaq komandaların oyununu izləyəcək.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  E.Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar və ertəsi gün İspaniyada təşkil olunacaq Farer Adaları – Lixtenşteyn qarşılaşmasına canlı baxacaq.

Xatırladaq ki, yığmamız Millətlər Liqasında Kosovo, Farer adaları və Malta ilə eyni qrupda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right