"Bizi bu həddə gətirdiyi üçün belə etdik" Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov klubun yarımmüdafiəçisi Xəyal Nəcəfovu əvəzedici heyətə göndərib.

Newsport.az xəbər verir ki, Abasov U-21 millimizin də üzvü olan Nəcəfov haqda verdiyi qərarla bağlı bunları deyib:

 

"Mövsümün sonuna kimi əvəzedici heyətdə çıxış edəcək. Nizam-intizama ciddi önəm veririk. Bizi bu həddə gətirdiyi üçün belə etdik. Ona bu haqda dəfələrlə demişik, lakin dərs çıxarmadı. İndi isə əvəzedicidə oynasın. Milliyə dəvət alırdı, əsas heyətdə oynayırdı. Hər şeyin yaxşı getdiyini düşünürdü. Ancaq nizam-intizam məsələsi hər şeydən vacibdir".

 

Qeyd edək ki, Nəcəfov U-21 millisinin Kosovo və İrlandiya ilə keçiriləcək görüşlərinə dəvət almayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right