Sadıq Sadıqov: "Kamran Quliyevə heç bir məsləhət verə bilmərəm"

"Təşkilat rəhbəri olaraq nəinki futbolu, bütün idman yarışlarını izləyirik. "Neftçi" son zamanlar yüksəlişdədir. Komandaya yeni rəhbər də təyin edilib. Futbolda tanınmış adamlardan biri olan Kamran Quliyev klubun preizdentidir. Tərlan Əhmədov baş məşqçidir. Bizim dönəmimizdə köməkçi məşqçi idi. İnanıram ki, "Neftçi" uğurlu çıxış edəcək. Mən əvvəllər demişdim ki, komandaya zaman lazımdır. Artıq həmin vaxtdır. "Neftçi" Avropa Liqasına düşmək üçün çalışacaq və öz sözünü deyəcək".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi” klubunun sabiq başqanı və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov əməkdaşımıza açıqlamasında deyib:

Qurum rəhbəri "Neftçi"nin hazırki prezidenti olan Kamran Quliyevə heç bir məsləhət vermək niyyətində olmadığını söyləyib:

"Kamran Quliyevə heç bir məsləhət verə bilmərəm. Kamran bəy ola bilsin ki, öz işini məndən də yaxşı bilir. Bu gün hansısa klub başqanına məsləhət vermək düzgün deyil. Biz ona ancaq uğurlar arzu edirik. "Neftçi"ni yenidən avrokuboklarda görmək və uğurlu çıxış etməsini istəyirik. Arzum odur ki, komanda bir daha Avropa Liqasının qrup mərhələsində oynasın".

Sadıq Sadıqov komandanın ötən gün Topaz Premyer Liqasının 20-ci turunda "Qarabağ"la matçını (0:0) izlədiyini spzlərinə əlavə edib:

"Ötən gün "Qarabağ"la oyunu izlədim. Super oyun oldu, çox xoşuma gəldi".

Federasiya preidenti "Neftçi"də çalışdığı dönəm komandanın baş məşqçisi olan və hazırda xəstəlik səbəbindən müalicə alan Böyükağa Hacıyevdən də danışıb:

"Böyükağa müəllimlə maraqlanmamaq olarmı? Vəziyyəti bu gün üçün ağırdır. Şəfa diləyirik. Ailəsi ilə əlaqə saxlayırıq. İnşallah, yaxşı olar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right