"Autsayder olduğumuz üçün bizdən heç kimi milliyə çağırmaz"

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqanın 20-ci turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib. 

Newsport.az-ın məlumatına görətəcrübəli mütəxəssis əvvəlcə matç haqda fikirlərini bölüşüb.

- İlk növbədə "Sumqayıt"ı təbrik edirəm. Qalib gəlmək istəyirdik. Komandamız pis təsir bağışlamadı. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə oyunu rəqibə verdik. Onlar isə iki zərbə vurdu və qol oldu.

- Uğursuzluq sindromunu nə ilə bağlayırsınız?

- Psixoloji cəhətdən ola bilər. Həmişə ikinci hissənin sonlarında qol buraxırıq. Ona görə səhvlər olur.

- Dario Federiko sanki süni meydançada özünü qoruyurdu...

- Dario texnikalı oyunçudur. Rəqib də bunu bildiyi üçün ona yaxın oynayırdı. Ona görə də oyunu alınmadı. Yəni, süni meydança olduğu üçün deyil.

- "Kəpəz"dən kiminsə milliyə çağrılacağını gözləyirsiniz?

- Bəlkə də autsayder olduğumuz üçün heç kimi çağırmaz. Amma bu, Qurban müəllimin səlahiyyətindədir. Özü necə məsləhət bilsə, elə də edəcək (sport24).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right