Emin Mahmudov: "Bu gün futbol oynamaq üçün gözəl gün idi"

Bu gün Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi” doğma meydanda əzəli rəqibi “Qarabağ”ı qəbul edib. (0-0)

Newsport.az xəbər verir ki, oyundan sonra ev sahiblərinin futbolçusu Emin Mahmudov matç haqqında fikirlərini bölüşüb:

“Oyun çox gərgin şəraitdə keçdi. Çətin olacağını bilirdik. Fikrimcə, hər iki hissədə yaxşı oyun sərgilədik. Bu gün futbol oynamaq üçün gözəl gün idi. Havanın da uyğun olduğunu düşünürəm.  Ümumiyyətlə, komandanın son vəziyyəti məni tam qane edir. Bu gün bir daha sübut etdik ki, “Neftçi” istəsə, baxımlı oyun sərgiləyə bilər. Kluba yeni prezident təyin olunub.  Kamran müəllimi uzun zamandır tanıyıram.  Komanda üçün yeni işlər görəcəyini düşünüəm.  Qarşıdakı matçlarda da bu uğurlu seriyamızı davam etdirməyə çalışacağıq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right