Qurban Qurbanov: "Millidə sürpriz adlar olacaq"

“Maraqlı oyun alındı. Sadəcə, qol çatışmadı”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Neftçi”nin qonağı olub. Qarşılaşmada hesab açılmayıb.

Oyundan sonr baş tutan mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib: “Oyun çempionatın ən sürətli matçlarından biri idi. Bilirdik ki, bizim üçün çətin olacaq. Həm özümüzə, həm “Neftçi”yə uğrular arzu edirəm”.

- Birinci hissənin ortalarında komandanız üstünlüyü rəqibə verdi, oyunu qapıçının üzərində qurdunuz. Sanki Sehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı.

- Bütün oyunlarımızda qapıçı oyunun içərisində olur. Ola bilsin, bəzi ötürmələr alınmadı. Biz həmişə çalışırıq ki, Sehiç rəqib hücumçuları öz üzərinə çəksin.

- İkinci hissədə “Qarabağ”ın verilməyən penaltisi var idi. Epizod barədə nə deyə bilərsiniz?

- Belə hallar olur. Bu barədə əlavə danışmağa ehtiyac yoxdu.

- Çempionatın səviyyəsi ilə bağlı fikirləriniz necədi?

- Yaxşı. Qış fasiləsindən sonra komandalar yaxşı təsir bağışlayır. Çempionatın ikinci yarısı daha fərqlidi.

- Ramil Şeydayevin yayda komandanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu məsələ doğrudu?

- Buna mövsümün sonunda baxacağıq. Hələ ki, bu barədə düşünmürük. Buna vaxtımız olacaq. Məncə, həm biz, həm də Ramil bu barədə düşünüb, doğru qərar verməlidi.

- Millinin heyətini nə zaman açıqlayacaqsınız?

- Bu gün “Sumqayıt” – “Kəpəz” oyunundan sonra millinin heyətini açıqlayacağam. Bir qərar qalıb, onu da bugünkü matçdan sonra qətiləşdirəcəyəm.

- Millidə sürpriz adlar olacaq?

- Bəli, yeni futbolçular olacaq, bəzi dəyişikliklər edəcəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right