Samir Əliyev: " İlk yarıda da planlarımız var idi"

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Zirə” – “Səbail” qarşılaşmasından sonra qonaq komandanın baş məşqçisi Samir Əliyev mətbuat konfransı keçirib.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.

-    Bilirdik ki, ağır oyun olacaq. “Zirə”nin qlş fasiəsindən sonra qələbə qazanmaması, rəqibin daha istəki olmasını şərtləndirirdi. Ancaq biz də ardıcıl 2 matçda məğlub olmuşduq ki, burdan minimum 1 xalla ayrılmaq istəyirdik. Bunu bacardıq. Yetirmələrimdən razıyam.

-    İlk yarıdan sonra nə dəyişdi ki, məğlubiyyətdən qurtula bildiniz?

-    İlk yarıda da planlarımız var idi. Lakin öz səhvimizdən qol buraxdıq. İkinci hissədə isə tempi artırdıq. Vurduğumuz qol bunun nəticəsində baş verdi. Ancaq görünür uşaqlarda psixoloji gərginlik var. Çünki qol vurduqdan sonra hücumları davam etdirmək əvəzinə, müdafiəyə çəkildilər. Hər halda, yetirmələrimdən razıyam. (Sport24.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right