Ayxan Abbasov: "Əgər mənim gedişim nəyisə dəyişsə, gedərəm"

"Bu oyuna çox köklənmişdik. Qol epizodlarımız çox olsa da, istifadə edə bilmədik. Sadə epizodda cavab topunu buraxdıq. Qarşıda fasilə var. Bundan maksimum yaryarlanmağa çalışacağıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Ziə" "Səbail" matçından sonra (1-1) ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov bildirib:

- Azarkeşlər istefanızı tələb edirdilər. Buna münasibətiniz?

- Təbii ki, ürəkləri yanır. Ancaq bizim qədər onların ürəyi yana biməz. Əgər mənim gedişim nəyisə dəyişsə, gedərəm. Amma rəhbərliklə də söhbətimiz olub. Çalışacağıq vəziyyətdən çıxaq.

-    Futbolçularınız çoxsaylı qol epizodlarını boşa verdi. Bəlkə onları istefaya göndərmək lazımdı?

-    Əvvəlki oyunarda da olub ki, qol epizodlarını qaçlrsaq da, sonradan toparlana bilmişik.

-    Uzun müddət qalib gəlməyəndə, komanda barəsində “bir qələbə lazımdı” deyimi işlənir.

-    Razıyam, müəyyən gərginlik var və 1 qələbəyə ehtiyacımız var.

-    Urdinovun oyunu barədə fikriniz?

-    Onun oyunundan razı qaldım.

-    Fasilə zamanı 1 yoxlama oyunu ilə kifayətlənəcəksiniz?

-    Bəli, yalnız “Səbail”lə yoxlama görüşü bizim üçün yetərli olacaq. 

(Sport24.az)
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right