"Kəpəz"də ciddi itkilər

Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” bu oyuna itkilərlə çıxacaq.

Newsport.az xəbər verir ki, bu gün səhər saatlarında keçirdiyi məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayan komandanın heyətində Samir Zərgərovla Şadon Vinçester zədəlidir. Ötən tur “Qəbələ” ilə matçda sıradan çıxan futbolçuların zədəsi ciddidir və bu oyunçular səfər oyununda meydana çıxa bilməyəcəklər.

Klubun tibbi personalından verilən məlumata görə, Vinçesterin əzələsində yırtıq, Zərgərovun baldır-ayaq oynağının bağında dartınma və hissəvi qopma var. Futbolçuların durumu həkim nəzarəti altındadır, onların müalicə prosesi gələn ayın əvvəlinə kimi davam edəcək.   

Qeyd edək ki, "Sumqayıt" "Kəpəz" oyunu bu gün saat 20:00-da start götürəcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right